Sahə Standartları

sənayenin müəyyən sahəsində qüvvədə olan standartlardır.
Sahə
Sahə Strukturu
OBASTAN VİKİ
Sahə
Sahə bu mənaları ifadə edə bilər: Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Bucaqölçmə standartları
Topoqrafiyada bucaqölçmədə üç model – dərəcə, qradiyent və Radian standartları tətbiq olunur. Hərb sahəsində milyom adlanan ayrıca standartdan istifadə edilir. == Dərəcə == Dərəcə: Çevrə dövrünün 1 360 {\displaystyle 1 \over 360} -i bir dərəcə, bir dərəcənin 1 60 {\displaystyle 1 \over 60} -i bir dəqiqə və dəqiqənin 1 60 {\displaystyle 1 \over 60} -i bir saniyədir və onlar müvafiq olaraq °, ', '' simvolları ilə ifadə olunurlar. Məsələn, 45° 30' 10. == Qradiyent == Qrad: Çevrə dövrünün 1 400 {\displaystyle 1 \over 400} bir qrad, bir qradın 1 100 {\displaystyle 1 \over 100} bir qrad dəqiqəsi və bir qrad dəqiqəsinin 1 100 {\displaystyle 1 \over 100} bir qrad saniyəsi adlanır və bu G, ', '', eyni zamanda g, c, cc simvolları ilə ifadə olunurlar.
Abissal sahə
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Allüvial sahə
Allüvial sahə — çay çöküntülərindən əmələ gəlmiş sahə. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Daşlıq sahə
Daşlıq səhra – zəif aşınmış ana süxurlar (əsas) üzərində yerləşən, səthi çınqıl və digər daşlarla örtülü, demək olar ki, torpaq – bitki örtüyü olmayan sahədir. .
Nerit sahə
Nerit sahə — Dünya okeanının dayaz hissəsi. Materik dayazlığında yerləşir. Suyun güclü hərəkətliliyi, temperaturun dəyişgənliyi, günəş işığının xeyli yayılması, bitki və heyvanat aləminin müxtəlifliyi ilə səciyyələnir. Nerit sahədə əsasən, qırıntı materialları (çaqıl daşı, qabıq əhəngdaşı) toplanır. Dayaz dəniz çöküntüləri. Nerit sahədə əmələ gəlir. Çaqıl daşı, əhəngli lil və qabıq əhəng daşlarından ibarətdir. Nerit çöküntülər kəskin fasial dəyişkənliyi və dəniz dibindəki orqanizm qalıqlarının çoxluğu ilə xarakterizə olunur.
Qırışıq sahə
Qırışıq sahə (rus. складчатая область, ing. fold area) — əsasən geosinklinal sahələrin yerində əmələ gəlmiş mürəkkəb quruluşlu (adətən qırışıqlı qaymalı) və müxtəlif yaşlı (prote-rezoy, baykal, kaledon, hersin və s.) qırışıqlı dağlar. Qırışıq dağlıq ölkələrə uyğun gəlir və o cür də adlandırılır. (Məs: Altay-Sayan qırışıqlıq vilayəti və s.). Sin. qırışıqlıq sistem. Geniş mənada qırışıqlıq vilayətlərinə xas olan və onların inkişaf mərhələlərində yaranan intruzivlərdir. Qırışıqlıq vilayətlərinin intruzivləri məkan etibarilə ensiz üzün qırışılıq zonalarında uzun oxları ilə uzununa, yaxud eninə plutonlar şəklində yerləşir. Tektonik şəraitdən asılı olaraq bu intruzivlər: 1) qırışıqlıqdan qabaq (protektonik); 2) qırışıqlıqla eyni vaxtda (sintektonik) və 3) qırışıqlıqdan sonra (postektonik) üç qrupa ayrılır, mineral və kimyəvi tərkiblərinə görə fərqlənir.
Sahə (Fizika)
Sahə — fizikada mühüm anlayışlardan biri. Sahə müəyyən fiziki xassələrə malik olur. Bərk materialla dolu fəza olub ölçülə bilən fizki xassələrə malikdir. Bu fiuzki kəmiyyətlərə sahənin parametrləri deyilir. Sahənin parametrləri çox komponentli ola bilir.
Sahə (dəqiqləşdirmə)
Sahə bu mənaları ifadə edə bilər: Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Sahə qaydası
Sahə qaydası — təyyarələrin dizaynındakı bir qaydadır, bu səsə yaxın və ya supersonik sürətində dalğa müqavimətini azaltmağa imkan verir. Bu sürət aralığı müasir mülki və hərbi təyyarələr arasında ən çox istifadə olunur. Səsə yaxın uçuş sürətində hava axınının yerli sürəti, axının təyyarənin struktur elementləri ətrafında getdiyi yerlərdə, səs sürətinə çata bilər. Bu davranışın müşahidə olunduğu sürətin dəyəri təyyarənin dizaynından asılı olaraq dəyişir və kritik Max sayı adlanır. Belə yerlərdə yaranan şok dalğaları güclü sürətlə böyüyən bir müqavimətə malikdir. Bu müqavimət dalğa müqaviməti adlanır. Zərbə dalğalarının gücünü azaltmaq üçün təyyarənin kəsişmə sahəsi təyyarənin gövdəsi boyunca mümkün qədər rəvan şəkildə dəyişməlidir. Sahə qaydasında deyilir ki, kəsişən ərazinin eyni uzunlamasına paylanması olan iki təyyarə, bu sahənin eninə füzelyaj istiqamətində paylanmasından asılı olmayaraq eyni dalğa empedansına malikdir (yəni, füzelyajın özündə və ya qanadlarında). Üstəlik, güclü şok dalğalarının meydana gəlməməsi üçün bu paylama hamar olmalıdır. Bu qaydanın tətbiq edilməsinə bir nümunə, təyyarənin qaynaq hissəsinin qanadlarla qovşağında enməsi, kəsişən sahənin dəyişməməsi.
Valunlarsız sahə
Valunlarsız sahə (rus. безвалунная область, ing. driftless area) — Pleystosen örtük buzlaşmasının sərhədlərində buzlaq çöküntüsü olmayan ərazi, bu ərazilərin buzlaqla örtülmədiyini göstərir.
Sahə (film)
Sahə — rejissor İlqar Safatın quruluşunda hazırlanan bədii film. Məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir. Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır. Film Azərbaycan (Narimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə işidir. Çəkilişlər 16 sentyabr 2008-ci ildə başlamış və 25 noyabr 2008-ci ildə başa çatmışdır. Film bütünlüklə Azərbaycanda 35 mm. kino lentinə çəkilmişdir. Film layihəsi Kler Douns (ssenari müəllifi, Böyük Britaniya) və Cedomir Kolar (prodüser, Fransa) məsləhətləri əsasında İFA-SC treyninq proqramı çərçivəsində işlənib hazırlanmışdır.
Alacahöyük tunc standartları
Alacahöyük tunc standartları Alacahöyük yaşayış yeri ərazisindəki hökmdar qəbirlərindən aşkarlanmış tunc standartlar seriyasıdır. Kult məqsədilə istifadə edildiyi düşünülən standartların arabalara bərkidilməsi ehtimal olunur. 1935–1939-cu illərdə türk arxeoloqlar Hamit Zübeyir Koşay və Rəmzi Oğuz Arık Çorum ilinin Alaca kəndi yaxınlığında yerləşən Alacahöyük yaşayış yerində arxeoloji tədqiqat işləri aparmışlar. Tədqiqatlar zamanı erkən tunc dövrünə aid 14 məzar aşkarlanmışdır ki, bunlar da "hökmdar məzarları" və ya "kral məzarları" adlandırılmışdır. Bu məzarlarda və onların ətrafında aparılmış tədqiqatlar zamanı çoxsaylı artefaktlar, o cümlədən iyirmi bürünc standart aşkarlanmışdır. Arxeoloq Uinfrid Ortmann (ing.) standartları iki əsas qrupa ayırır. Qruplardan biri fərdi heyvanlardan, digəri isə disk və üzüklərdən (heyvan təsvirləri ilə və ya təsvirlərsiz) təşkil olunmuşdur. O, standartları formalarına və məzmununa görə qruplara bölmüşdür. Fərqi heyvanlar maral və ya öküzlərdir. Dörd ayaq üzərində təsvir olunmu heyvan fiqurlarının ayaqları aşağı uzanaraq birləşir və ehtimal ki, bu hissədə standartlar taxta özülə bərkidilirdi.
Bucaq ölçmə standartları
Topoqrafiyada bucaqölçmədə üç model – dərəcə, qradiyent və Radian standartları tətbiq olunur. Hərb sahəsində milyom adlanan ayrıca standartdan istifadə edilir. == Dərəcə == Dərəcə: Çevrə dövrünün 1 360 {\displaystyle 1 \over 360} -i bir dərəcə, bir dərəcənin 1 60 {\displaystyle 1 \over 60} -i bir dəqiqə və dəqiqənin 1 60 {\displaystyle 1 \over 60} -i bir saniyədir və onlar müvafiq olaraq °, ', '' simvolları ilə ifadə olunurlar. Məsələn, 45° 30' 10. == Qradiyent == Qrad: Çevrə dövrünün 1 400 {\displaystyle 1 \over 400} bir qrad, bir qradın 1 100 {\displaystyle 1 \over 100} bir qrad dəqiqəsi və bir qrad dəqiqəsinin 1 100 {\displaystyle 1 \over 100} bir qrad saniyəsi adlanır və bu G, ', '', eyni zamanda g, c, cc simvolları ilə ifadə olunurlar.
Bucaq ölçümü standartları

Beynəlxalq audit standartları
Beynəlxalq audit standartları (BAS) (ing. International Standards on Auditing (ISA)) — audit fəaliyyəti üçün beynəlxalq peşəkar standartlar. Onlar Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən Beynəlxalq Audit və Təminat Standartları Komitəsi vasitəsilə nəşr olunur.
Eynşteyn sahə tənlikləri
Eynşteyn sahə tənlikləri — qravitasiyanın, əslində fəza-zamanın kütlə və enerji tərəfindən əyilməsi ilə meydana çıxan anlayış olduğunu riyazi şəkildə göstərən 10 tenzorial tənlikdən ibarət sistemdir. Eynşteyn tenzoru ilə ifadə olunan fəzazamandakı lokal əyriliyi həmin sahədə yerləşən və gərginlik-enerji tenzoru ilə ifadə olunan maddə ilə əlaqələndirən bu tənliklər, 1915-ci ildə Albert Eynşteyn tərəfindən Ümumi Nisbilik Nəzəriyyəsində irəli sürülmüşdür. Sahə tənlikləri bu formada olub, G μ ν + Λ g μ ν = 8 π G c 4 T μ ν {\displaystyle G_{\mu \nu }+\Lambda g_{\mu \nu }={8\pi G \over c^{4}}T_{\mu \nu }} G μ ν {\displaystyle G_{\mu \nu }} — Eynşteyn tenzorunu, Λ {\displaystyle \Lambda } — Kosmoloji sabiti, g μ ν {\displaystyle g_{\mu \nu }} — metrik tenzoru T μ ν {\displaystyle T_{\mu \nu }} — Gərginlik-enerji tenzorunu, G {\displaystyle G} və c {\displaystyle c} isə uyğun olaraq Qravitasiya Sabiti və işıq sürətini göstərir. Beləcə 4 ölçülü fəza-zamanda hər μ {\displaystyle \mu } və ν {\displaystyle \nu } komponenti üçün 4 tənlik olmaqla cəmi 16 tənlik olmalıdır. Lakin tənlikdəki bütün tenzorlar simmetrik olduğundan( X μ ν = X ν μ {\displaystyle X_{\mu \nu }=X_{\nu \mu }} ) eynicinsli tənlikləri çıxmaqla bir-birindən ayrı 10 tənlik qalır. Eynşteyn tenzoru Riemann tenzorunun 2 indeksi üzrə cəmlənməsindən( R μ ν = R μ λ ν λ {\displaystyle R_{\mu \nu }=R_{\;\mu \lambda \nu }^{\lambda }} ) əmələ gələn Rikki tenzoru üzərində qurulur və enerji-impuls tenzoru ilə mütənasib olub fəza-zaman əyriliyini xarakterizə edən tenzor olaraq Eynşteyn tərəfindən gətirilib: G μ ν = R μ ν − 1 2 R g μ ν , {\displaystyle G_{\mu \nu }=R_{\mu \nu }-{\tfrac {1}{2}}R\,g_{\mu \nu },} burada R μ ν {\displaystyle R_{\mu \nu }} — Rikki tenzoru, R {\displaystyle R} — Rikki skalyarıdır( R = R α β g α β {\displaystyle R=R_{\alpha \beta }g^{\alpha \beta }} ). Eynşteyn tenzorunun Rikki tenzorundan əsas fərqləndirici xüsusiyyəti, onun gərginlik-enerji tenzoru kimi konservativ olmasıdır: ∇ μ G μ ν = 0 {\displaystyle \nabla ^{\mu }{G_{\mu \nu }}=0} . Eynşteyn tenzorunun açılışını nəzərə alsaq, sahə tənlikləri R μ ν − 1 2 R g μ ν + Λ g μ ν = 8 π G c 4 T μ ν {\displaystyle R_{\mu \nu }-{1 \over 2}R\,g_{\mu \nu }+\Lambda g_{\mu \nu }={8\pi G \over c^{4}}T_{\mu \nu }} şəklində ifadə olunar. Sahə tənlikləri ilk dəfə kosmoloji sabit faktoru olmadan, bu şəkildə yazılmışdı: G μ ν = 8 π G c 4 T μ ν . {\displaystyle G_{\mu \nu }={8\pi G \over c^{4}}T_{\mu \nu }.} Daha sonra Eynşteyn, Ümumi Nisbilik Nəzəriyyəsini kainatı modelləşdirmək üçün tətbiq etdikdə mövcud tənliklər, kainatın ya daima genişlənəcəyinə, ya da tək bir sinqulyar nöqtəyə çökməli olduğuna dəlalət edirdi.
Kristal sahə nəzəriyyəsi
Kristal sahə nəzəriyyəsi — mahiyyətcə kimyəvi rabitənin klassik nəzəriyyəsinə yaxın olub, kompleksəmələgətirici ilə liqandlar arasında yalnız elektrostatik qarşılıqlı təsiri qəbul edir. Kristal sahə nəzəriyyəsinin riyazi hesablamaları ilk dəfə 1929-cu ildə alman alimi Bete tərəfindən aparılmışdır. Klassik təsəvvürlərdən fərqli olaraq, kristal sahə nəzəriyyəsində liqandların kompleksəmələgətiricinin elektronlarına təsiri nəzərdə tutulur. başqa sözlə, kristal sahə nəzəriyyəsi kompleksəmələgəlmə prosesi ilə əlaqədar olaraq bütün hadisələri kompleksəmələgətiricinin sərbəst ionlarının (məsələn, Co3+, Fe2+ və s.) liqandların elektrostatik sahəsinə düşməsi zamanı elektron təbəqələrində gedən dəyişikliklə izah etməyə çalışır. Müəyyən edilmişdir ki, kompleks birləşmələrdə liqandların elektrostatik sahəsi, bərk maddələrin kristal şəbəkələrini təşkil edən ionların yerləşdiyi elektrostatik sahə ilə tamamilə oxşardır. Məsələn, [Fe(CN)6]4--də Fe2+ ionu altı liqandın elektrostatik sahəsi təsirində olduğu kimi, NaCl-in kristal şəbəkəsində Na+ ionu da altı Cl- ionun elektrostatik sahəsində yerləşir. Həm də hər iki halda fəza mərkəzində müsbət yüklü ion yerləşən oktaedr əmələ gəlir. Beləliklə, kompleks birləşmələrdə kompleksəmələgətirici ionun vəziyyəti ilə kristal şəbəkələrində müsbət ionların vəziyyəti arasında belə oxşarlığın mövcudluğuna əsasən kompleks birləşmələrin tədqiqi ilə məşğul olan bu nəzəriyyə kristal sahə nəzəriyyəsi adını almışdır. Liqandların yaratdığı sahə qüvvətli olduqda Δ qiyməti də böyük olur. Liqandların sahəsi ilə Δ qiymətinin arasındakı emprik asılılıq aşağıdakı kimidir: I− < Br− < S2− < SCN− < Cl− < NO3− < N3− < F− < OH− < C2O42− < H2O < NCS− < CH3CN < py < NH3 < en < bipy < phen < NO2− < PPh3 < CN− < CO Δ qiyməti artır.
Sahə (film, 2010)
Sahə — rejissor İlqar Safatın quruluşunda hazırlanan bədii film. Məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir. Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır. Film Azərbaycan (Narimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə işidir. Çəkilişlər 16 sentyabr 2008-ci ildə başlamış və 25 noyabr 2008-ci ildə başa çatmışdır. Film bütünlüklə Azərbaycanda 35 mm. kino lentinə çəkilmişdir. Film layihəsi Kler Douns (ssenari müəllifi, Böyük Britaniya) və Cedomir Kolar (prodüser, Fransa) məsləhətləri əsasında İFA-SC treyninq proqramı çərçivəsində işlənib hazırlanmışdır.
Sahə (ölçü parametri)
Sahə — düz səth, konkret sərhədlərlə məhdudlaşmış səthin bir hissəsi, həndəsi fiqurların düz səthlərini xarakterizə etmək üçün işlədilən kəmiyyət parametri. Aşağıdakı şərtləri yerinə yetirənlər sahə adlanırlar : o sıfırdan çoxdur. o ölçülə biləndir. o düz səthlidir. onun ilkin ölçü vahidi kvadratla götürülür. Fiqurun səthi düz olmadıqda , o kiçik düz sahələrə bölünərək ölçülür.
Sahə (ölçü vahidi)

Avropa Telekommunikasiya Standartları İnstitutu
Avropa Telekommunikasiya Standartları İnstitutu (beynəlxalq qısa adı - ETSI) 32 dövlət tərəfindən formalaşdırılmış bir qurumdur. ETSI-nin gördüyü işlər Avropada informasiya şəbəkələrinin yaradılması və inkişafı problemlərini əhatə edir. Məsələn, İnstitut rəqəmli Avropa simsiz rabitə, GSM “mobil rabitə üzrə qlobal sistemini” və yerli şəbəkədə küyəbənzər siqnalların istifadəsinin standartlarını hazırlayıb. İnstitut mürəkkəb çoxnizamlı funksional profillərin və Euro-ISDN şəbəkəsinin işlənib hazırlanması üzrə vacib işlər aparır. ETSI aşağıdakı standartları hazırlayıb: rəqəmli simsiz avropa rabitəsi; ümumavropa TETRA radiomagistralı.
Federal Məlumat Emal Standartları
Federal Məlumat Emal Standartları (ing. Federal Information Processing Standards) - qeyri-hərbi dövlət orqanları və dövlət podratçıları tərəfindən kompüter sistemlərində istifadə üçün Amerika Birləşmiş Ştatları federal hökuməti tərəfindən hazırlanan standartlardır. Bir çox FMES Amerika Milli Standartlar İnstitutu (AMSİ), Elektrik və Elektronik Mühəndislər İnstitutu (EEMİ) və Beynəlxalq standartlaşdırma təşkilatı (BST) tərəfindən istifadə olunan standartların modifikasiyasıdır. Lakin bəzi standartlar ABŞ tərəfindən hazırlanmışdır. Bura əsasən yaşayış məntəqələri kodları, şifrləmə standartları daxildir.
Milli televiziya standartları komitəsi
Milli televiziya standartları komitəsi - ABŞ-də televiziya və video sahələrində standartlar üzrə qurum; qara-ağ görüntü ilə ABŞ-də ilk rəngli televiziya sisteminin uzlaşmasını təmin edən rəng kodlaşdırması üçün NTSC standartının sponsoru. Dünyada ilk dəfə rəngli televiziya yayımına 1953-cü ilin dekabrın 18-də məhz bu sistemin tətbiqi ilə başlanılıb. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Beynəlxalq Maliyyə Hesabatı Standartları
Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS; IFRS ing. International Financial Reporting Standards) — xarici istifadəçilərin müəssisə ilə bağlı iqtisadi qərarlar qəbul etmələri üçün zəruri olan maliyyə hesabatlarının hazırlanması qaydalarını tənzimləyən sənədlər toplusu (standartlar və şərhlər). Beynəlxalq səviyyədə maliyyə hesabatlarının istifadəsini təkmilləşdirmək və yaxınlaşdırmaq məqsədilə 1973-cü ildə bir sıra ölkələrin ictimai mühasibat uçotu və audit təşkilatları beynəlxalq peşəkar qeyri-hökumət təşkilatını - Beynəlxalq Mühasibat Uçotu Standartları Komitəsini (IASC) yaratdılar. 1981-ci ildən etibarən IASB beynəlxalq maliyyə hesabatı standartlarının tətbiqində və beynəlxalq mühasibat uçotu ilə bağlı sənədlərin müzakirəsində tam müstəqildir. 2005-ci ildən etibarən Avropa Komissiyasının 2002-ci il qərarına əsasən, səhmləri Avropa birjalarında listinqdə olan bütün şirkətlər BMHS əsasında konsolidə edilmiş maliyyə hesabatlarını hazırlayırlar. 2001-ci ilin aprelində yenidən təşkilin bir hissəsi olaraq Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (IASB) IASB-ni əvəz etdi. 1973-cü ildən 2001-ci ilə qədər IASB standartları işləyib hazırlamış və onları Beynəlxalq Mühasibat Uçotu Standartları (BMS) adı altında buraxmışdır, 2001-ci ildən isə IASB Beynəlxalq Maliyyə Hesabatlarının Standartları (BMHS) adı altında yeni yaradılmış standartları buraxmışdır. 2002-ci ilin sentyabrında Norvolk sazişi baş tutdu, buna əsasən IASB və ABŞ Mühasibat Uçotu Standartları Şurası BMHS və ABŞ GAAP arasında yaxınlaşma memorandumu qəbul etdi və 2009-cu ildən etibarən BMHS üzrə hesabatların ABŞ GAAP ilə uyğunlaşdırılması tələbi oldu. Maliyyə hesabatı standartlarının məqsədi maliyyə hesabatlarının təqdim edilməsində fərqləri və şərh seçimlərini azaltmaq, məlumatların keyfiyyətini və müqayisəliliyini artırmaq, standartları birləşdirməkdir. Vahid standartlar müxtəlif şirkətlərin, o cümlədən beynəlxalq səviyyədə fəaliyyətini daha effektiv qiymətləndirməyə və müqayisə etməyə imkan verir.